×
A
A
A
Sazlamalar

Azərbaycanlı orqan ifaçısı Latviyada konsertlə çıxış edib

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepayadakı Müqəddəs Üçlük Kafedralında ölkəmizin istedadlı orqan ifaçısı Natəvan Quliyevanın konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Natəvan Quliyeva görkəmli bəstəkarlarımız Qara Qarayev, Nazim Əlivərdibəyov, həmçinin tanınmış latviyalı bəstəkar Ayvars Kaleys və bir sıra dünya klassiklərinin orqan musiqi əsərlərini məharətlə ifa edib.
Azərbaycanlı musiqiçisinin çıxışı Liepaya şəhərində hər il keçirilən ənənəvi Yay Orqan Konsertləri çərçivəsində baş tutub.

Mədəniyyət 2022-07-03 12:10:00