×
A
A
A
Sazlamalar

104 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçib

Ağdam, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

104 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağdam rayonunda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib. Rayonun polis işçiləri ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi önünə tər güllər düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub. Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə güllər qoyulub.
Tədbirdə Azərbaycan polisinin keçdiyi çətin və şərəfli yoldan bəhs olunub. Daxili işlər orqanlarının ölkə ərazisində sabitliyin təminində müstəsna xidmətləri qeyd edilib.
Sonda xidmətdə fərqlənən polis əməkdaşlarına mükafatlar verilib.

Regionlar 2022-07-02 18:24:00