×
A
A
A
Sazlamalar

Emre Morun "Fənərbağça"ya keçidi rəsmiləşib

Bakı, 2 iyul, AZƏRTAC
Futbol üzrə Türkiyə millisinin və "Karagümrük"ün oyunçusu Emre Morun "Fənərbağça"ya keçidi rəsmiləşib.
AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu "Borussiya" (Dortmund), "Selta", "Qalatasaray" və "Olimpiakos"da da çıxış edib.

 

 

İdman 2022-07-02 17:52:00