×
A
A
A
Sazlamalar

Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq, axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.
Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.



 

Ordu 2022-07-02 17:45:00