×
A
A
A
Sazlamalar

"Sumqayıt"ın sabiq futbolçusu karyerasını Ukraynada davam etdirəcək

Bakı, 2 iyul, AZƏRTAC
"Sumqayıt" futbol klubundan ayrılan Dmitri Nağıyev karyerasını Ukraynada davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı müdafiəçi "İnqulets"lə birillik müqavilə imzalayıb.
Futbolçu 2021-ci ilin yanvarından "Sumqayıt"ın formasını geyinib. Oyunçu 2018-ci ilin iyulunda "Sumqayıt"la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade" klubuna keçib. D.Nağıyev Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.

 


İdman 2022-07-02 17:00:00