Ceyhun Kərəmov: Yeni peşə təhsili müəssisələrinin açılması istiqamətində iş aparılır
Bakı, 2 iyul, AZƏRTAC
Keçən il Bərdədə Peşə Liseyinin açılışı olub. Bu il isə Cəlilabadda peşə təhsili müəssisəsi açılacaq.
AZƏRTAC xəbər verir ki, bunu “Bir peşənin sirri” festivalının açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov çıxışı zamanı bildirib.
C.Kərəmov qeyd edib ki, hazırda Bakıda, Lənkəranda, Sumqayıtda, Qəbələdə yeni peşə təhsili müəssisələrinin və emalatxanaların açılması istiqamətində iş gedir.
Qeyd edək ki, festival Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə İçərişəhərdə Qoşa Qala meydanında təşkil olunub.
Mingəçevir Dövlət Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasına üzv qəbul olunub
UNEC “SABAH” qruplarının 66 məzunu dünyanın aparıcı universitetlərində magistr təhsili alacaq
Peşə Təhsili üzrə Dövlət Agentliyi: Dual təhsil proqramının əhatə dairəsi genişləndirilir
Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimləri ilə görüşlər davam edir