Əmək münasibətlərinin elektronlaşdırılması sahəsində maarifləndirici tədbirlər davam etdirilir
Naxçıvan, 2 iyul, AZƏRTAC
Muxtar respublikada əmək münasibətlərinin şəffaflığına, həmçinin qeyri-formal məşğulluğun qarşısının alınmasına operativ nəzarət təmin edilir. 2018-ci ildən etibarən tətbiq olunan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemindən işəgötürənlər hazırda geniş şəkildə istifadə edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sistemin tətbiqi ilə bağlı mütəmadi olaraq, dövlət və qeyri-dövlət müəssisələrinin məsul nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilir, onlara metodiki köməkliklər göstərilir. Əmək münasibətlərinin elektron rəsmiləşdirilməsi zamanı yaranmış suallar “255” qaynar xətti vasitəsilə operativ cavablandırılır. İyun ayının 1-dən etibarən, sözügedən elektron informasiya sisteminin bazasında “Əmək münasibətləri və məşğulluq” alt sistemi (ƏMAS) fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni sistemin istifadəsinə dair maarifləndirmə işinin təşkili məqsədilə növbəti tədbir Naxçıvan şəhərində baş tutub. Nazirlik əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən işəgötürən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən seminarda elektron sistemin (emas.sosial.gov.az) istifadəsi üzrə yeni şərtlər barədə iştirakçılara zəruri məlumatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və mövzuya dair suallar cavablandırılıb.
Qeyd edək ki, bu istiqamətdə maarifləndirici görüşlər muxtar respublikanın digər şəhər və rayonlarında da təşkil olunub.
Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb
Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır
Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib
Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb
Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO