×
A
A
A
Sazlamalar

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin yeni prezidenti seçilib

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan İdman Jurnalistləri Federasiyasının təsisçi üzvlərinin və idarə heyətinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda qurumun adının dəyişdirilməsi, yeni üzvlərin və idarə heyətinə yeni üzvlərin qəbulu, AİJF prezidentinin seçkisi məsələləri müzakirə olunub.
Səsvermə nəticəsində qərara alınıb ki, bundan sonra qurum Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi adlandırılsın və müvafiq sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin. Həmçinin idarə heyəti üzvlərinin sayı 9-dan 11-ə qədər artırılıb.
Tədbirdə bildirilib ki, qurumun ikiillik fəaliyyəti kifayət qədər qənaətbəxşdir. Təşkilatlanma dövrü pandemiya dönəminə düşsə də, bir sıra vacib işlər görülüb və ənənə bundan sonra da davam etdirilməlidir. Eyni zamanda, qurumun eks prezidenti Qabil Mehdiyev üzvlərlə görüşərək onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra idarə heyətinin qapalı iclası keçirilib. Təşkilatın idarə heyətinin yekdil qərarı ilə Azər İsmayıl qurumun yeni prezidenti seçilib.

İdman 2022-07-02 15:59:00