Xətai rayonunun Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Bakı, 2 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub
Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb