×
A
A
A
Sazlamalar

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 19 santimetr azalıb

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Vəlvələçayın Təngəaltı, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqələrində suyun səviyyəsi dəyişməyib. Gəncəçayın Zurnabad və Kürəkçayın Çaykənd məntəqələrində suyun səviyyəsində 6, Zəyəmçayın Ağbaşlar, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar məntəqələrində 1, Təngərüdçayın Vaqoda məntəqəsində 2 santimetr azalma qeydə alınıb, Lənkərançayın Sifidor məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 400 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 134 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 448 faiz çoxdur. Məntəqədə orta su sərfi iyulun 1-də 415 kubmetr/saniyə, maksimal su sərfi iyulun 1-də 08:00-da saniyədə 420 kubmetr təşkil edib.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 19 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 143 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 98 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 168 faiz çoxdur. Məntəqədə orta su sərfi iyulun 1-də 168 kubmetr/saniyə, maksimal su sərfi iyulun 1-i saat 08:00-da saniyədə 172 kubmetr təşkil edib.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 7 santimetr azalaraq 372 santimetr, su sərfi isə 130 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyulun 1-də 135 kubmetr/saniyə, maksimal su sərfi iyulun 1-i saat 08:00-da saniyədə 136 kubmetr təşkil edib.
Kür-Şirvanda suyun səviyyəsi 10 santimetr azalaraq 163 santimetr olub. Məntəqədə orta səviyyə iyulun 1-də 171, maksimal səviyyə isə iyulun 1-i saat 08:00-da 173 santimetr təşkil edib.
Kür-Bankədə suyun səviyyəsi 6 santimetr azalaraq 119 santimetr, su sərfi 48,5 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyulun 1-də saniyədə 52,8 kubmetr, maksimal su sərfi iyulun 1-i saat 08:00-da saniyədə 54,2 kubmetr təşkil edib.

Ekologiya 2022-07-02 15:39:00