×
A
A
A
Sazlamalar

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Bakı, 2 iyul, AZƏRTAC

Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə mübarizə aparan cüdoçularımızdan Nazir Talıbov (60 kq), Tofiq Məmmədov, Elçin Hüseynov (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıblar.
Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.

İdman 2022-07-02 15:24:00