×
A
A
A
Sazlamalar

Sumqayıt sakininin pulunu, bank kartını, qızıl sırğasını və boyunbağısını çantasından oğurlayan şəxslər yaxalanıblar

Bakı, 2 iyul, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə şəhər sakini K.Abbasovanın içərisində 100 manat pulu, bank kartı, sənədi, iki ədəd qızıl sırğa və boyunbağısının çantasından oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri K.Atayev və Y.Musayev müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı təhqiqat davam edir.

Hadisə 2022-07-02 15:04:00