Amerikalı məşhur aktyor Co Turkel vəfat edib
Bakı, 2 iyul, AZƏRTAC
“The Shining” və "Blade Runner" filmlərindən tanıdığımız Co Turkel pərəstişkarlarını tərk edib.
AZƏRTAC xarici KİV-yə istinadən xəbər verir ki, amerikalı aktyor 94 yaşında Santa Monika şəhərində (Kaliforniya) yerləşən xəstəxanada dünyasını dəyişib.
Co Turkel tanınmış rejissor Stenli Kubrikin filmlərində ikinci planda olan rolları ilə şöhrət qazanıb. Aktyor daha çox "The Killing", "Paths of Glory" və "The Shining" tammetrajlı filmində Lloyd adlı müəmmalı barmen obrazı ilə yadda qalıb.
Aktyorluq etməzdən əvvəl o, 17 yaşında ABŞ ordusuna qoşulmuş, İkinci Dünya müharibəsi zamanı Avropada xidmət etmişdir.
Gənc rəssam: Ən böyük arzum Şuşada əsərlərimdən ibarət sərgimin açılmasıdır
Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir
Animatorların İnkişaf Proqramına qəbul başlayıb
Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək