×
A
A
A
Sazlamalar

Tarixi-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı alınıb

Bakı, 2 iyul, AZƏRTAC

Bakı şəhəri İslam Səfərli küçəsi, 12 ünvanında yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, həmin tarixi-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edilib. Qanunsuz müdaxilə ötən gün baş verib. Taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb.

Mədəniyyət 2022-07-02 14:55:00