×
A
A
A
Sazlamalar

Cüdoçularımız açıq Avropa turnirində mübarizəyə başlayıblar

Bakı, 2 iyul, AZƏRTAC

Cüdoçularımız böyüklər arasında açıq Avropa turnirində iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən turnirdə Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edir. Turnirin birinci günündə kişilər arasında Rəşad Yelkiyev, Nazir Talıbov (60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov, Tofiq Əliyev, Elçin Hüseynov (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev, Nurlan Osmanov, Zaməddin Poladov (73 kq) yarışırlar. Qadınların yarışında isə Ramilə Əliyeva (48 kq) mübarizə aparır.
İki gün davam edəcək açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.

İdman 2022-07-02 12:37:00