×
A
A
A
Sazlamalar

Regionlarda həyata keçirilən “Postmüharibə dövründə uşaqlara və şəhid ailələrinə psixososial dəstək” layihəsi başa çatıb

Bakı, 2 iyul, AZƏRTAC

Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Postmüharibə dövründə uşaqlara və şəhid ailələrinə psixososial dəstək” layihəsi başa çatıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ağdam rayonunun Xındırıstan kəndindən və Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan 6-16 yaşlı 48 oğlan və 52 qız iştirakçını əhatə edən layihənin bağlanış mərasimi keçirilib.
Tədbirdə Ağdam və Goranboy Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsinin nümayəndələri, məktəblərin kollektivi, layihənin psixoloqları və valideynlər iştirak ediblər.
Bağlanış mərasimində layihə iştirakçılarına Komitə tərəfindən hədiyyələr təqdim olunub.

Cəmiyyət 2022-07-02 12:18:00