×
A
A
A
Sazlamalar

Quldurluq edən Bakı şəhər sakini saxlanılıb

Bakı, 2 iyul, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə Xocəsən qəsəbəsi ərazisində Salyan rayon sakini N.Paşayevin 80 manatının, mobil telefon, qol saatı və qulaqcığının quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kələntərov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Cəmiyyət 2022-07-02 11:53:00