×
A
A
A
Sazlamalar

Şəmkirdə ölümlə nəticələnən avtomobil qəzası olub

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 1-də saat 17 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində rayon sakini Söhrab Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Söhrab Qasımov nəticədə hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cəmiyyət 2022-07-02 11:47:00