×
A
A
A
Sazlamalar

Ağsuda gənclər təlimə cəlb olunublar

Ağsu, 2 iyul, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Ağsu nümayəndəliyinin təşkilatçılığı ilə "İnkişafa mərkəzdən başla!" layihəsi çərçivəsində təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, GİKM-nin Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov tərəfindən keçirilən təlim zamanı gənclər fərdi, sosial və korporativ sosial məsuliyyət mövzularında məlumatlandırılıblar.
Sonda gənclərlə mövzu ətrafında qrup işləri aparılıb və gənclər "Böhranla üzləşən şirkət" korporativ sosial məsuliyyət tələb edən çalışmanı həyata keçiriblər.
Qeyd edək ki, təlimin məqsədi gəncləri fərdi, sosial və korporativ sosial məsuliyyət anlayışları ilə tanış etmək, onları bu istiqamətdə maarifləndirmək olub.

Regionlar 2022-07-02 11:20:00