×
A
A
A
Sazlamalar

Ağdam rayonunun Boyəhmədli kəndi

Bakı, 2 iyul, AZƏRTAC

Ağdamın Boyəhmədli kəndi rayon mərkəzindən 17 kilometr şimalda, Qabartı çayının hər iki sahilində, Qarabağ dağ silsiləsinə aid olan Qaraman dağının şərq ətəyində və Qarabağ düzündə yerləşir.
Əhalinin məşğuliyyəti heyvandarlıq, taxılçılıq və üzümçülük idi.
1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində məğlub olan Ermənistan həmin il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu müqaviləyə əsasən Ermənistan hərbçiləri noyabrın 20-də Ağdam rayonunu, o cümlədən Boyəhmədli kəndini tərk edərək Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.

 

 

Regionlar 2022-07-02 10:00:00