×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqası: Polşanın “Lex” klubu “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb

Bakı, 2 iyul, AZƏRTAC

Polşanın “Lex” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, siyahıda 20 futbolçunun adı yer alıb. Klubun yeni transferi Giorgi Tsitaişvili siyahıya əlavə olunacaq.
Heyətdə qapıçılar - Artur Rudko, Filip Bednarek, müdafiəçilər - Joel Pereyra, Barri Duqlas, Pedro Reboşu, Antonio Miliç, Bartoş Salamon, Lubomir Şatka, Alan Çervinski, yarımmüdafiəçilər - Yesper Karlstrem, Afonso Souza, Dani Ramirez, Mixal Srokaş, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral, Nika Kvekveskiri, Adriel Ba Lua, hücumçular - Mikael İshak və Artur Sobeh yer alıblar.
G.Tsitaişvili ilə yanaşı, daha 1 futbolçu da iyulun 4-dək A siyahısına daxil edilə bilər.
Xatırladaq ki, “Qarabağ” klubu “Lex”ə qarşı ilk görüşünü iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

İdman 2022-07-02 09:18:00