×
A
A
A
Sazlamalar

Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün 12 şərti yerinə yetirəcək

Tbilisi, 2 iyul, AZƏRTAC

Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün oliqarxlarla mübarizə və siyasi qütbləşmənin aradan qaldırılması daxil olmaqla 12 şərti yerinə yetirmək istiqamətində mühüm addımlar atacaq. Bunlardan biridə deoliqarxizasiya haqqında yeni qanunun qəbul olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması üçün parlamentin Hüquq məsələləri üzrə komitənin nəzdində işçi qrupu yaradılacaq.
Qanun layihəsi oktyabrın 5-dən gec olmayaraq parlamentə təqdim ediləcək və noyabrın 29-dək qəbul olunacaq.
Partiya sədri Avropa İttifaqının digər şərtləri üzrə də işçi qrupların yaradılacağını və bütün istiqamətlərdə fəal iş aparılacağını bildirib.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-07-02 04:54:00