Elvis Preslinin uşaqlıqda yaşadığı ev sökülmüş halda hərraca çıxarılacaq
Bakı, 2 iyul, AZƏRTAC
ABŞ-ın Missisipi ştatında əfsanəvi müğənni və aktyor Elvis Preslinin uşaqlıqda yaşadığı ev hərraca çıxarılacaq.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, müğənni 1943-1944-cü illərdə valideynləri ilə birgə orada yaşayıb.
Ev avqust ayında hərraca çıxarılacaq. Binanın ilkin qiyməti 30-50 min dollar arasında dəyişir.
Qeyd edək ki, ev 2017-ci ildə səliqə ilə sökülüb və treylerə yığılıb. Əvvəlcə binanın dağıdılması və ərazidə başqa bir obyektin tikilməsi düşünülsə də, sonradan kolleksionerlər evi alıblar.
Yeni sahib montaj təsvirləri daxil olmaqla tam dəsti əldə edəcək. Yığılmış halda mənzil 117 kvadratmetrə çatır, içəridə üç yataq otağı var.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir