×
A
A
A
Sazlamalar

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib

Göygöl, 2 iyul, Elcan Məmmədov, AZƏRTAC

Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobilinin yük daşıyan TIR-la toqquşması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2022-07-02 00:21:00