“Ceyms Bond”un prodüseri yeni filmin çəkiliş tarixini açıqlayıb
Bakı, 2 iyul, AZƏRTAC
Ceyms Bond haqqında silsilə filmlər üzərində işi ilə tanınan amerikalı prodüser Barbara Brokkoli "Bond" serialının növbəti hissəsinin çəkilişləri ilə bağlı planlarından danışıb.
AZƏRTAC xəbər verir ki, prodüserin sözlərinə görə, çəkiliş qrupu ən tez iki ildən sonra işə başlaya biləcək. Belə bir qərar “Agent 007”nin imicində köklü dəyişikliklərlə bağlıdır.
Brokkoli əlavə edib ki, hələ Daniel Kreyqi əvəz edəcək aktyorla bağlı yekun qərara gəlinməyib. Eyni zamanda, yanvarda prodüserlər yeni “Agent 007” roluna İdris Elbanın namizədliyini müzakirə ediblər.
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb