×
A
A
A
Sazlamalar

“İnter” klubu “Ayaks”ın qapıçısı Andre Onananı transfer edib

Bakı, 1 iyul, AZƏRTAC

İtalyanın “İnter” futbol klubu “Ayaks”ın qapıçısı Andre Onananı transfer edib.
AZƏRTAC xəbər verir ki, kamerunlu qolkiperlə beşillik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transfer üçün təzminat ödəməyib.
Qeyd edək ki, 26 yaşlı oyunçu yeni klubunda ilinə 3 milyon avro qazanacaq.

İdman 2022-07-01 21:17:00