×
A
A
A
Sazlamalar

® ABB səhmdarlara dividend ödənişinə qərar verib

İyunun 30-da ABB-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Səsvermə qiyabi şəkildə təşkil olunub. Yığıncaqda ABB-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci il üzrə maliyyə hesabatı təsdiq edilib.

2021-ci ilin maliyyə nəticələrinə əsasən, Bankın səhmdarlarına dividendin ödənilməsi məsələsinə də baxılıb. Ötən ilin mənfəətindən səhmdarlara 125 milyon manat dividendin ödənilməsinə qərar verilib. İclasda ABB-nin geri çağırılmış səhmlərinin Bankın balansında ləğvi məsələsinə də baxılıb və bununla bağlı müvafiq qərar qəbul edilib.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Maliyyə 2022-07-01 20:48:00