×
A
A
A
Sazlamalar

Bakı sakinlərinə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

Bakı, 1 iyul, AZƏRTAC

2022-ci ilin yanvar-may aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 2 milyard 156,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 762,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 81,8 faizini təşkil edib.

İqtisadiyyat 2022-07-01 20:16:00