×
A
A
A
Sazlamalar

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb

Bakı, 1 iyul, AZƏRTAC

Cari ilin yanvar-may aylarında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 80,1 faiz artaraq 374 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 217,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,1 faizini təşkil edib.

İqtisadiyyat 2022-07-01 20:04:00