×
A
A
A
Sazlamalar

Dövlət Vergi Xidməti biznes assosiasiyaları ilə əməkdaşlığı davam etdirir

Bakı, 1 iyul, AZƏRTAC

Qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və icra mexanizmlərinin effektivliyinin artırılması əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən vergiödəyiciləri və biznes assosiasiyalarının vergi siyasətinin müəyyənləşdirilməsi prosesində iştirakının təmin edilməsi məqsədilə mütəmadi görüşlər keçirilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, növbəti belə görüş Dövlət Vergi Xidməti və AMCHAM-ın (Azərbaycandakı Amerika Ticarət Palatası) birgə təşəbbüsü ilə növbəti il üçün Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin əsas istiqamətləri barədə mərhələli məlumatlandırma prosesinə dair təşkil edilib.
AMCHAM-a üzv olan vergiödəyicilərinin 70-dək nümayəndəsinin, eləcə də Dövlət Vergi Xidmətinin müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov təqdimatla çıxış edərək Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verib.
Görüşdə sahibkarların sualları ətraflı cavablandırılıb.

Maliyyə 2022-07-01 20:02:00