×
A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

Bakı, 1 iyul, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində İtaliya yığması ilə qarşılaşan millimiz 3:7 hesabı ilə məğlub olub.
Komandamızın qollarını Kamil Hüseynov, Orxan Məmmədov və Emin Mehdiyev vurublar.
Millimiz seçmə mərhələdə növbəti oyununu iyulun 2-də Almaniya komandasına qarşı keçirəcək.

 

İdman 2022-07-01 20:00:00