×
A
A
A
Sazlamalar

Qurban bayramı ərəfəsində sahibkarlarla görüşlər keçirilir

Bakı, 1 iyul, AZƏRTAC

Qurban bayramı ərəfəsində şirniyyat, meyvə qurusu və çərəz kimi məhsullara tələbat artır. Kiçik və orta sahibkarlıq subyekti olan mağaza sahibləri də bayram alış-verişi üçün hazırlıqlarını tamamlayırlar.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri bu dəfə bərpa və yenidənqurmadan sonra istifadəyə verilmiş “Şərq bazarı” kompleksində fəaliyyət göstərən quru meyvə, çərəz və ədviyyat satışı ilə məşğul olan mağazada olub, bayramqabağı satışla maraqlanıblar.

İqtisadiyyat 2022-07-01 19:58:00