Monteneqroda COVID-19-a yoluxma halları kəskin artıb
Podqoritsa, 1 iyul, AZƏRTAC
Monteneqroda son iki həftədə COVID-19 infeksiyasına yoluxma halları 130 faiz artıb.
AZƏRTAC xəbər verir ki, Səhiyyə İnstitutunun məlumatına görə, turizm mövsümü ilə əlaqədar ölkədə, xüsusilə sahil zolağında COVID-19-a yoluxma hallarında artım qeydə alınıb.
Səhiyyə müəssisələri hökumətdən insanların sıx olduğu yerlərdə qoruyucu maskalardan istifadənin məcburi olmasını tələb ediblər.
Səhiyyə Nazirliyi isə risk qrupunda olanları COVID-19 əleyhinə peyvənd olunmağa çağırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
Portuqaliya ekstremal quraqlıqdan əziyyət çəkir
Ermənistanda bir sıra obyektlərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib
Ermənistanda baş vermiş partlayış zamanı yaralananların sayı 57 nəfərə çatıb
Polşa hökuməti Rusiya vətəndaşları üçün viza verilməsini məhdudlaşdırmaq istəyir
Monteneqrodakı silahlı hücumda həlak olanların xatirəsi yad edilib