×
A
A
A
Sazlamalar

Beş ayda Bakıda ticarət dövriyyəsinin həcmi 4,1 faiz artıb

Bakı, 1 iyul, AZƏRTAC

Bu ilin beş ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1 faiz artaraq 10 milyard 109 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 5 milyard 120,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz artaraq 4 milyard 988,2 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 34,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 27,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

İqtisadiyyat 2022-07-01 19:40:00