×
A
A
A
Sazlamalar

“Təyinat məntəqəsi”nin yeni bölümünün çəkilişlərinə başlanılır

Bakı, 1 iyul, AZƏRTAC

Məşhur “Təyinat məntəqəsi” filminin çəkilişlərinin davamına başlanılır. Növbəti bölümdə tamamilə yeni bir konsepsiya təqdim ediləcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu filmin yaradıcısı Cefri Reddik deyib.
Xatırladaq ki, “Təyinat məntəqəsi”nin son seriyası 2011-ci ildə dünya üzrə kütləvi nümayişə buraxılıb. Film 157 milyon dollar büdcə toplaya bilmişdi.
Həmin bölümdə hadisələr bir qrup gəncin ətrafında cərəyan edir və onlardan bir nəfər gələcək fəlakətin içində hamının öləcəyini öncədən görür. Əcəlin gətirdiyi ölümdən qaçan personajlar növbəti digər bədbəxt hadisələr nəticəsində həyatlarını itirirlər.

Mədəniyyət 2022-07-01 19:13:00