×
A
A
A
Sazlamalar

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 1 iyul, AZƏRTAC

İyunun 30-da saat 22 radələrində Sabirabad şəhərində Kürkəndi kənd sakini R.Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə avtomobildə olan 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb, digərinin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cəmiyyət 2022-07-01 18:55:00