İranın ölkəmizdəki səfirliyi quru sərhədlərinin iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edib
Bakı, 1 iyul, AZƏRTAC
İranın və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat şöbəsindən məlumat verilib.
“İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır”, - deyə səfirliyin məlumatında bildirilib.
“Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb
FHN: Ötən sutka ərzində 154 yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Qusarda həyata keçirilən gənclərin natiqlik düşərgəsi başa çatıb
Xaricdən ölkəmizə gətirilən 19 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb