×
A
A
A
Sazlamalar

Beş ayda qeyri-neft ixracı 30,9 faiz artıb

Bakı, 1 iyul, AZƏRTAC

Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon ABŞ dolları və ya 30,9 faiz artıb.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına istinadla bildirir ki, beş ayda meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8 faiz, pambıq iplik ixracı 23,7 faiz, pambıq lifi ixracı isə 14,5 faiz artıb.

İqtisadiyyat 2022-07-01 17:23:00