×
A
A
A
Sazlamalar

Vergiödəyiciləri tərəfindən hansı mallar nağd qaydada alına bilər?

Bakı, 1 iyul, AZƏRTAC

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, vergiödəyiciləri tərəfindən vergiödəyicisi olmayan fiziki şəxslərdən bəzi mallar nağd qaydada satın alına bilər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu malların siyahısına kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu, eləcə də xam dərinin tədarükü (alışı) daxildir.

Maliyyə 2022-07-01 16:42:00