×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışı Moldova mətbuatında geniş işıqlandırılıb

Kişineu, 1 iyul, AZƏRTAC

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı Moldova mətbuatında geniş işıqlandırılıb.
Moldovanın “Tribuna”, “TV8” və digər xəbər portallarında AZƏRTAC-a istinadla konfransın rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı fikirlər yer alıb. Məqalələrdə dövlətimizin başçısına istinadla qeyd olunub ki, Azərbaycan həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini həmişə nümayiş etdirib. Qoşulmama Hərəkatının sədri kimi biz ədalətsizliyə qarşı, beynəlxalq hüququn müdafiəsi üçün mübarizəmizi davam etdirəcəyik.
“Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyini gördük. Ölkəmizin təşkilata sədrlik müddətinin uzadılması həm də, üzv dövlətlər tərəfindən Azərbaycana dəstəyin göstəricisidir”, - deyə məqalələrdə Prezident İlham Əliyevin çıxışına istinadla vurğulanıb.
Xəbərlərdə dövlətimizin başçısının digər fikirlərinə də geniş yer verilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Siyasət 2022-07-01 14:27:00