×
A
A
A
Sazlamalar

“Mançester Siti” klubu alman qapıçı ilə heyətini gücləndirib

Bakı, 1 iyul, AZƏRTAC

“Mançester Siti” klubu qapıçı Stefan Orteqanın transferini rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
İyirmi doqquz yaşlı alman qolkiper ilə üçillik müqavilə imzalanıb.
Qeyd edək ki, Orteqanın son klubu “Arminiya” olub. O, bu yay müqaviləsi başa çatığı üçün klubdan ayrılıb. Oyunçu geridə qalan mövsüm Bundesliqada 33 matça çıxıb.

 

 

 

İdman 2022-07-01 14:00:00