×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanının aviaşirkəti yay mövsümündə Bakı və Tbilisiyə aviareyslər həyata keçirəcək

Qahirə, 1 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının laukost “Flyadeal” aviaşirkəti yay mövsümündə Bakı və Tbilisiyə aviareyslər açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Arabnews” qəzeti məlumat yayıb.
Qəzetin xəbərində bildirilir ki, sərnişinlər üçün sərfəli qiymətlər təklif edən aviareyslər Bakı və Tbilisi ilə yanaşı, Əmman, Şarm əl-Şeyx və Xartuma da həyata keçirilir.
“Flyadeal” sözügedən uçuşları “Airbus 320” təyyarələri ilə yerinə yetirəcək. Bu aviaşirkət son 5 ildə 15 milyondan artıq sərnişinə xidmət göstərib.


Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Cəmiyyət 2022-07-01 13:52:00