×
A
A
A
Sazlamalar

Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıblar

Bakı, 1 iyul, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manat pulunun çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.
İyunun 16-da Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manat pulunun oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova müəyyənləşdirilərək saxlanılıb.
Hər iki faktla bağlı təhqiqat davam edir.

 

 

Hadisə 2022-07-01 13:23:00