×
A
A
A
Sazlamalar

Camal Faxro: Bakı konfransının qarşıya qoyduğu hədəflərə çatacağına inanırıq

Bakı, 1 iyul, AZƏRTAC

Qlobal çağırışlara cavab vermək üçün parlament həmrəyliyi mühüm şərtdir. Beynəlxalq sistemdə sülh və təhlükəsizliyin təmin edilməsi dövrün, zamanın ən vacib məsələsidir.
Bakı konfransından müsbət nəticələr gözləyirik. Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və Milli Məclisə bu tədbiri təşkil etdiyinə görə təşəkkür edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak edən Bəhreyn parlamentinin üzvü Camal Faxro deyib.
Ölkəsinin sülh və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdıran Bəhreyn parlamentarisi Parlament Şəbəkəsi vasitəsilə Qoşulmama Hərəkatına üzv ölkələri narahat edən problemlərin həllini tapacağına inamını ifadə edib. “Bakı konfransının qarşıya qoyduğu hədəflərə çatacağına inanırıq”, - deyə Camal Faxro bildirib.

Siyasət 2022-07-01 13:05:00