×
A
A
A
Sazlamalar

Hindistanda torpaq sürüşməsi nəticəsində 8 nəfər həlak olub, 50 nəfər yaralanıb

Bakı, 1 iyul, AZƏRTAC

Hindistanın şimal-şərqində yerləşən Manipur ştatında baş verən miqyaslı torpaq sürüşməsi nəticəsində ən azı 8 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində Ezei çayının qarşısı tamamilə kəsilib. Torpaq sürüşməsi hərbçilərin qoruduğu böyük işçi düşərgəsini dağıdıb. Ölənlərdən 7-si hərbçi, biri tikinti işçisidir.
Torpaq sürüşməsinin səbəbləri hələlik məlum deyil.
Hindistanın Baş naziri Narendra Modi ölənlərin ailələrinə və xəsarət alanlara federal hakimiyyət tərəfindən yardım göstəriləcəyini vəd edib.

Dünya 2022-07-01 12:30:00