×
A
A
A
Sazlamalar

Gəncə şəhər sakininin bank hesabından pul oğurlayan əvvəllər məhkum olunmuş şəxs yaxalanıb

Bakı, 1 iyul, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manat pulun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-07-01 12:16:00