×
A
A
A
Sazlamalar

“Wonderland Azerbaijan 2022” adlı Beynəlxalq Yay Skaut Düşərgəsi təşkil ediləcək

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Skautlar Assosiasiyası (ASA) avqustun 22-dən 28-dək Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tovuz rayonunda “Wonderland Azerbaijan 2022” adlı Beynəlxalq Yay Skaut Düşərgəsi təşkil edəcək.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, düşərgə üç hissədən ibarət olacaq - 15-21 avqust: tikinti düşərgəsi, 22-28 avqust: əsas düşərgə, 29-30 avqust: düşərgənin yığışdırılması.
Yaş qrupu: iştirakçılar (8-17 yaş), liderlər və STAFF (18 yaşdan yuxarı).
İştirakçılar çadırlarda yerləşdiriləcəklər. (Öz çadırını gətirmək istəyənlər öncədən məlumat veriməlidirlər);
İştirakçıları pionerinq, atıcılıq, atçılıq, səmti müəyyənetmə, beynəlxalq təlimlər və fəaliyyətlər, oxatma, trekinq, idman oyunları, ekstremal gecələmə, maneə zolağının keçilməsi, Tovuz rayonunun tarixi yerlərinə ziyarət və digər macəralı fəaliyyətlər gözləyir.
Qeyd olunub ki, skaut dəstələri üçün qeydiyyat ərizəsi dəstə lideri tərəfindən doldurulur.
Qeydiyyat iyulun 22-də saat: 20:00-da başa çatır.

Sosial 2022-07-01 11:56:00