×
A
A
A
Sazlamalar

® ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edilib

ABB İnnovasiya Mərkəzində 2-ci İnkubasiya proqramına qəbul edilmiş layihələrin təqdimatı mərasimi keçirilib. Proqrama ümumən 151 komanda müraciət edib.

Aparılan seçimlərə əsasən, 25 komanda 8 həftəlik intensiv preinkubasiya proqramında iştirak imkanı qazanıb. Bu komandalardan isə 10-u növbəti mərhələ kimi inkubasiya mərhələsinə keçib.
İnkubasiya mərhələsini də uğurla başa vurmuş bu komandalar hazır layihələrini ABB İnvestor Klubunun üzvləri, ABB-nin rəhbər şəxsləri və digər sahə ekspertləri qarşısında təqdim ediblər. Bu layihələr “Fintech”, Elektron ticarət, iqtisadi dayanıqlılıq və sair bu kimi sahələri əhatə edir.
İntensiv təlim proqramlarını özündə cəmləşdirən 2-ci İnkubasiya proqramı startap komandalarına öz ideyalarını biznesə çevirməkdə dəstək olub. Komandaların 2022-ci il avqustun 1-dək investorlarla görüşlərinin keçirilməsi nəzərdə tutulub. İnvestisiya cəlb edə bilən, məhsullarını inkişaf etdirməyi bacaran və satışa hazır olan komandalar ABB İnnovasiya Mərkəzinin Akselerasiya proqramına keçid alacaqlar.
Xatırladaq ki, Mərkəzin 1-ci proqramında da 12 startap layihəsi müvafiq mərhələləri uğurla başa vurub. Beləliklə, ABB İnnovasiya Mərkəzi indiyə qədər investorlara 22 startap layihəsi təqdim edib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

 

İqtisadiyyat 2022-07-01 11:54:00