×
A
A
A
Sazlamalar

“Neftçi” klubu iki futbolçusunu icarəyə verib

Bakı, 1 iyul, AZƏRTAC
“Neftçi” klubu futbolçuları Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə - 2023/2024-cü il mövsümünün sonunadək artırıb.
AZƏRTAC xəbər verir ki, hər iki yarımmüdafiəçi növbəti mövsümün sonunadək “Turan Tovuz”a icarəyə verilib.
Qeyd edək ki, 2021-ci ilin yayında transfer olunan X.Nəcəfov 26 oyunda forma geyinib. Son iki mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş T.Vəlizadə isə 2018-2020-ci illərdə “Neftçi”nin əsas komandasının heyətində 2 rəsmi oyunda meydana çıxıb.

İdman 2022-07-01 11:35:00