Ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub
Bakı, 1 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) iyunun 30-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 15-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarılan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.
Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasında yanğın olub
Sabunçu qəsəbə sakininin pulunu və mobil telefonunu quldurluq yolu ilə talayan iki nəfər saxlanılıb
Ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub